Yuri Maksimovun “Sumqayıt”a indi yox, qışda gəlmək istəməsinin səbəbi bəlli olub. Ukraynalı mütəxəssis vətənini yalnız dekabrda tərk edə biləcək.

Futbolinfo.az xəbər verir ki, Samir Abbasovun “Neftçi”yə gedişi ilə baş məşqçi postu boş qalan “kimyaçılar” bu posta Vaqif Cavadovu təyin edib. Bunadək əvəzedici komandaya rəhbərlik edən sabq hücumçu müvəqqəti əvəzedicidir. PRO kateqoriyası olmayan Vaqifin baş məşqçi kimi davam etmək perspektivi azdır.

“Sumqayıt”ın menecer-prezidenti Riad Rəfiyev Abasova xələfi çoxdan tapıb. Artıq xəbər verdiyimiz kimi, komandaya vaxtilə “Keşlə”yə rəhbərlik etmiş Yuri Maksimov gətiriləcək. Amma ukraynalı yalnız qış fasiləsində ölkəmizə gələ bilər. Hazırda işsiz olan mütəxəssisin gözləməsi ölkəsindəki vəziyyətlə bağlıdır.

Rusiya ilə müharibə vəziyyətində olan Ukraynada kişilərin ölkəni tərk etməsinə qadağa var. 60 yaşı tamam olmayanlara çıxış üçün sərhədlər bağlıdır. Dekabrın 8-də Maksimovun 55 yaşı tamam olacaq. Bu həddə çatanlar üçün müəyyən istisnalar mövcuddur və o da bundan yararlanmağa cəhd edir. Maksimov yalnız dekabrda imkanlarını səfərbər edib Ukraynadan ayrılmağ və “Sumqayıt”a gəlməyi planlayır.

Shares: