Oktyabrın 16-dan 19-dək Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində 6 məşhur tennisçinin iştirakı ilə “Six Kings Slam” tennis turniri keçiriləcək. Yarışların başlamasından əvvəl püşkatma mərasimi baş tutub.
“Six Kings Slam” turnirinin oyun cədvəli:
1/4 final: Daniil Medvedev (Rusiya) – Yannik Sinner (İtaliya);
1/4 final: Holger Rune (Danimarka) – Karlos Alkaras (İspaniya);
1/2 final: Novak Cokovic (Serbiya) – Daniil Medvedev – Yannik Sinner matçının qalibi;
1/2 final: Rafael Nadal (İspaniya) – Holger Rune və Karlos Alkaras arasındakı matçın qalibi.
1/4 final görüşləri oktyabrın 16-na planlaşdırılıb və Bakı vaxtı ilə saat 15:00-dan gec olmayaraq başlayacaq. Bütün iştirakçılar ən azı 1,5 milyon dollar alacaq. Çempion isə 6 milyon dollar qazanacaq.
Qeyd edək ki, oyun sayına düşən məbləğə görə turnir təqvimin ən çox mükafat fonduna sahibdir.