“Milli komandalara görə fasilə oldu və düşünürəm ki, biz bundan yaxşı istifadə etdik, komandada hər şey yaxşıdır”. Bu sözləri futbolinfo.az-a açıqlamasında “Şamaxı”nın futbolçusu Giorgi Kantariya deyib.
Gürcüstanlı futbolçu komandasını hazırlığından və Misli Premyer Liqasının 9-cu turunda “Səbail”ə məğlubiyyətdən danışıb: “Bu mövsümə yaxşı başlamışdıq. “Səbail”ə son turda uduzduq, çünki yaxşı oynamadıq. Qalibiyyət üçün hər şeyi etdik, amma bu, futboldur və daim qalib gələ bilməzsən”.
Kantariya 10-cu turda üz-üzə gələcəkləri “Araz-Naxçıvan”la matçdan da söz açıb: “İndi bizim üçün çox çətin oyun olacaq. Zədəli və cəzalı olan bir neçə oyunçumuz var. “Araz-Naxçıvan” da yaxşı komandadır. Əlimizdən gələni edəcəyik, amma bizi çətin matç gözləyir”.