Argentina millisinin ulduzu Lionel Messi dünya çempionatının Cənubi Amerika zonası üzrə seçmə mərhələsində üç het-trik edən ilk futbolçu olub.

Futbolinfo.az xəbər verir ki, 37 yaşlı hücumçu bunu DÇ-2026-nın seçmə mərhələsində Boliviyaya böyük hesabla (6:0) qalib gəldikləri oyunda reallaşdırıb.

Het-trikə imza atan Messi, bununla yanaşı, iki məhsuldar ötürmə də edib.

Hücumçu DÇ-2026-nın seçmə mərhələsində Boliviyaya qarşı iki dəfə, Ekvadorla oyunda isə bir dəfə het-trik müəllifi olub.

Shares: