Meksika millisinin kapitanı Andres Quardado yığma karyerasını başa vurub.
Futbolinfo.az xəbər verir ki, ABŞ millisinə qarşı yoldaşlıq görüşü 38 yaşlı yarımmüdafiəçi üçün sonuncu olub.
Meksika bu qarşılaşmada 2:0 hesablı qələbə qazanıb.
Quardado millinin heyətində 182 oyunda forma geyinib. O, bu göstəriciyə görə yığmanın rekordçusudur. Yarımmüdafiəçi Meksika millisi ilə 5 dünya çempionatında iştirak edib.