Dünyaca məşhur “Opta” təhlil və statistika sisteminin analitiklərinin hesablamalarına görə, İngiltərə Premyer Liqası dünyanın ən güclü futbol çempionatıdır. Reytinq tərtib edilərkən əsas meyar bütün komandaların orta gücü olub: klublar 0-dan 100-ə qədər olan şkala üzrə xallar alıb.
Ən yaxşı 10 liqa aşağıdakı kimidir:
1. İPL – 87,9.
2-3. İtaliya A Seriyası – 86,2.
2-3. Almaniya Bundesliqası – 86,2.
4-5. İspaniya La Liqası – 85,1.
4-5. Fransa Liqa 1-i – 85.1.
6. Braziliya A Seriyası – 80,8.
7. Portuqaliya Primerası – 80,1.
8. Jupiler Liqa (Belçika) – 79,2.
9. MLS (ABŞ)- 78,2.
10. Çempionşip (İngiltərə) – 77,6.