Tomas Tuxelin İngiltərə millisinin baş məşqçisi postuna təyinatı rəsmiləşib.
Futbolinfo.az xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
Mütəxəssis İngiltərə millisinin baş məşqçi postuna təyin olunub. Qurumdan verilən açıqlamada bir neçə namizədlərlə danışıqlar aparıldığını sonda isə almaniyalı məşqçinin üzərində dayanıldığı bildirilib.
Məşqçi ilə müqavilənin müddəti 2026-cı ilə qədər nəzərdə tutulub.
Tuxel buna qədər müvafiq olaraq “Borussiya” (Dortmund), PSJ, “Çelsi” və “Bavariya” klublarını çalışdırıb. AÇ-2024-dən sonra baş məşqçi postunadan istefa verən Qaret Sautqeyti müvəqqəti olaraq Li Karsli əvəzləyirdi.