Azərbaycan təmsilçisi Amil Ramazanov “Mingəçevir reqatası-2024” beynəlxalq turnirində qızıl medal qazanıb.
Futbolinfo.az xəbər verir ki, o, 2006-2007 təvəllüdlü idmançıların 500 metr məsafəyə kayak üzrə mübarizəsində birinci olub.
Ramazanov məsafəni 2 dəqiqə, 4,88 saniyəyə qət edib.
Bu növdə eyni məsafəyə 2008-2009 təvəllüdlü idmançılardan Əlimurad Hacızadə gümüş, 2008-2009 təvəllüdlülərdən Niyaz Məlikov – Elvin Əliyev cütlüyü bürünc mükafat əldə edib.
“Mingəçevir reqatası-2024” beynəlxalq turniri oktyabrın 18-də başa çatacaq.