“Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsində “Bodo Qlimt”lə (Norveç) səfər oyununun biletləri satışa çıxarılıb.

Futbolinfo.az Norveç klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, biletlərin qiyməti sektorlara əsasən 300-550 İsveç kronu (49-89 manat) aralığında dəyişir.

Liqa mərhələsinin 3-cü turunun “Bodo Qlimt” – “Qarabağ” oyunu noyabrın 7-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp