“Mançester Siti” yeni baş məşqçi axtarışına başlayıb. Xosep Qvardiolanın yeni müqavilə ilə bağlı qəti fikrini bildirməməsi “şəhərlilər”i hərəkətə keçirib.

Futbolinfo.az xəbər verir ki, ispan çalışdırıcı yeni müqavilə ilə bağlı danışıqları yubadır. 2016-cı ildən İngiltərə klubuna rəhbərlik edən 53 yaşlı mütəxəssisin anlaşması mövsümün sonunda başa çatacaq. Amma o, klubun təklifnə rəğmən, indiyədək yeni müqavilə ilə bağlı danışıqlara başlamayıb.

Mançesterlilər bu səbəbdən komandaya uyğun məşqçilər nəzərdən keçirir. Dekabradək Pepdən müsbət cavab alınmazsa, Ruben Amorimə rəsmi təklif göndəriləcək. 2020-ci Portuqalya “Sportinq”inə uğurla rəhbərlik edən 39 yaşlı mütəxəssis bu dəvətə müsbət cavab verəcəyi gözlənilir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp