Dani Karvahalın zədə üzündən mövsümü erkən qapaması “Real”ı çətinə salıb. Bu səbəbdən madridlilər təcili sağ cinah müdafiəçisi tapmalıdır.

Futbolinfo.az xəbər verir ki, İspaniya nəhəngi qış transfer pəncərəsi dövründəki hədəflərini müəyyənləşdirir. Bir neçə namizəd var və onların sırasına daha biri əlavə olunub.

“The Independent”in yazdığına görə, növbəti hədəf Coş Açimponqdur. “Çelsi”nin 18 yaşlı müdafiəçisi yanvarda İspaniyaya köçə bilər. Madridlilər onu 6 aylıq icarəyə götürmək, daha sonra birdəfəlik transfer etmək istəyir.

Bu futbolçu ilə “Liverpul”, “Nyukasl”, Dortmund “Borussiya”sı və PSJ də maraqlanır. London klubunun yetirməsi üçün nə qədər istəyəcəyi maraqla gözlənilir.

Shares: