Kilian Mbappenin ətrafında yaranmış qalmaqal böyüyür. İnsanlar artıq Stokholmdakı oteldə baş vermiş təcavüz olayında məhz fransalının baş rolda olduğundan əmindir.
Futbolinfo.az xəbər verir ki, zədə üzündən yığmanın düşərgəsinə qatılmayan, qısa istirahətini keçirmək üçün İsveçə yollanan hücumçunun qaldığı oteldə təcavüz faktı barədə polisə müraciət olunmuşdu. İlk vaxtlar Kilianın hadisədə rolu olmadığı, onun sadəcə, oteldə qaldığı üçün sorğu-suala çəkiləcəyi qeyd edilirdi. Mbappe şübhəlilər siyahısında sonuncu yerdə idi.
İndi vəziyyət dəyişib və futbolçu baş şübhəlidir. Onun təmsilçiləri Mbappenin imicini qorumaq üçün uzun və yorucu bir prosesə hazırlaşır. Fransalının vəkili xəbərlərin saxta olduğunu bildirsə də, isveçli jurnalistlər məhz Kilianın hədəfdə olduğunu düşünür. Oktyabrın 10-da “Bank Otel”də başverənlər araşdırılır və tezliklə rəsmi açıqlama verilməlidir.