Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının pley-off mərhələsində Portuqaliya yığması ilə keçiriləcək oyunlar üçün heyəti müəyyənləşib.

Futbolinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, oktyabrın 21-də təlim-məşq toplanışına başlayacaq millimiz ayın 25-də, saat 16:00-da Portuqaliya yığmasını “Dalğa Arena”da qəbul edəcək, 29-da isə Bakı vaxtı ilə saat 23:45-də “Vizela” stadionunda cavab görüşünə çıxacaq.

Milliyə dəvət olunan futbolçular bunlardır: Aytac Şərifova (“Hakkarigücü”, Türkiyə), Nərgiz Əliyeva, Yeliz Acar, Peritan Bozdağ (hamısı “Fatih Vətən”, Türkiyə), Günay İsmayılova, Aysun Əliyeva, Manə Mollayeva, Fidan Cəfərova, Vüsalə Seyfəddinova, Firəngiz Teymurova, Coşqunə Əliyeva, Ayşən Salamzadə (hamısı “Neftçi”), Nigar Mirzəliyeva (“Zenit”, Rusiya), Nərgiz Hacıyeva (“Aktobe”, Qazaxıstan), Kamilla Məmmədova (“Okjetpes”, Qazaxıstan), Jalə Məhsimova (“Bəylərbəyi Spor”, Türkiyə), Nazlıcan Parlak, Kristina Bakarandze (hər ikisi “Qalatasaray”, Türkiyə), Sevinc Cəfərzadə (“Krasnodar”, Rusiya ), Ayşən Əhmədova (“Krılya Sovetov”, Rusiya), Alina Dorofeyeva, Diana Məmmədova (hər ikisi “Yenisey”, Rusiya), Milana Rəhimova, Vüsalə Hacıyeva (hər ikisi “Ünyespor”, Türkiyə).

Qeyd edək ki, Ayşən Salamzadə oktyabrın 25-də keçiriləcək Azərbaycan – Portuqaliya oyunundan sonra 17 yaşadək qızlardan ibarət millinin düşərgəsinə qoşulacaq. U-17 Avropa çempionatının seçmə mərhələsinin qrup mərhələsi çərçivəsində oktyabrın 30-da Serbiya, noyabrın 3-də isə Lüksembuq seçməsi ilə qarşılaşacaq.

Shares: