İtaliyanın “Ferrari” komandası Formula 1 pilotu Şarl Lekleri ad günü münasibətilə təbrik edib. Bu gün, oktyabrın 16-da Moneqaskın 27 yaşı tamam olur.

Komandanın mətbuat xidmətinin əlavə etdiyi bayram posteri “Skuderiya” xüsusi mesaj da yazıb: “Biz 16 nömrəmizi ad günü münasibətilə ürəkdən təbrik edirik”.

Xatırladaq ki, 2024-cü ilin yanvarında “Ferrari” Lekler ilə yeni müqavilə imzalamışdı. Sözləşmənin şərtləri qeyd olunmasa da,  insayderlərin məlumatına görə, saziş dörd il müddətinə – 2025-ci ildən 2028-ci ilədək bağlanıb. Hazırda Şarl 245 xalla Formula 1 pilotlarının ümumi sıralamasında üçüncüdür.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp