“The Race” nəşrinin məlumatına görə, Moto2 komandası “Gresini Racing”in titul sponsoru olan Çinin QJ Motor şirkəti ispaniyalı pilot Manuel Qonzalesin işdən çıxarılmasını tələb edib.

Yaponiya Qran Prisində mərhələni qazanan Qonzales haçimaki (yaponlar arasında İkinci Dünya müharibəsi ilə əlaqəli olan ənənəvi yapon baş bandı) taxıb və bu, Çin sponsorlarının qəzəbinə səbəb olub.

Məlumata görə, Qonzales çempionatın qalan dörd yarışında öz yerini qoruyub saxlayacaq, lakin onun motosikletindən QJ Motor adı silinəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp