“Sabah”ın kişi basketbolçulardan ibarət komandası bu gün FIBA Avropa Kubokunda növbəti matçını keçirib.

Futbolinfo.az xəbər verir ki, G qrupunda yer alan Rimas Kurtinaytisin rəhbərlik etdiyi kollektiv 2-ci turda Yunanıstan təmsilçisi “Marussi” ilə üz-üzə gəlib.

Bakı İdman Sarayında keçirilən qarşılaşma rəqibin 82:70 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan təmsilçisi ilk turda səfərdə Belçikanın “Spiru” komandasına 81:82 hesabı ilə məğlub olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp