“Lill”in futbolçusu Tiaqo Santos üçün mövsüm erkən yekunlaşıb.

Futbolinfo.az xəbər verir ki, 22 yaşlı portuqaliyalı müdafiəçidə çarpaz bağının qopması aşkarlanıb.

O, bu yaxınlarda əməliyyat olunacaq və gələn mövsümə qədər yaşıl meydanlardan kənarda qalacaq.

Tiaqo Santos bu mövsüm “Lill”in heyətində 13 oyuna çıxıb və 2 qolun ötürməsini edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp