Misli Premyer Liqasında sabah 2-ci dövrə start götürəcək.

Futbolinfo.az xəbər verir ki, çempionatın ilk dövrəsində cəmi 15 futbolçu əvəzedilməz olub. Onlar arasında “Şamaxı”nın 4, “Sumqayıt” və “Araz-Naxçıvan”ın 3, “Neftçi”nin 2, “Səbail”, “Turan Tovuz” və “Kəpəz”in 1 üzvü var.

Fərq ondadır ki, “Araz-Naxçıvan” və “Şamaxı”nın birinci dövrədən bir oyunu təxirə salınıb. Ümumilikdə Misli Premyer Liqasının geridə qalan dönəmində 226 futbolçu meydana çıxıb.

İlk dövrənin əvəzedilməzləri:

Rza Cəfərov, Ramil Şeydayev (hər ikisi “Neftçi”) – 9 oyun, 810 dəqiqə

Mehdi Cənnətov, Elvin Bədəlov, Murad Xaçayev (hamısı “Sumqayıt”) – 9 oyun, 810 dəqiqə

Hüseynəli Quliyev (“Səbail”) – 9 oyun, 810 dəqiqə

Emmanuel Hakman (“Turan Tovuz”) – 9 oyun, 810 dəqiqə

Yeqor Xvalko (“Kəpəz”) – 9 oyun, 810 dəqiqə

Adil Nağıyev, Rikardo Fernandes, Rüfət Abbasov, Vasiliye Radenoviç (hamısı “Şamaxı”) – 8 oyun, 720 dəqiqə

Bəxtiyar Həsənalızadə, İqor Ribeyro, Vanderson Melo (hamısı “Araz-Naxçıvan”) – 8 oyun, 720 dəqiqə

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp