“Çempionatın ilk dövrəsi bizim üçün yaxşı keçdi”. Bunu futbolinfo.az  saytına açıqlamasında “Araz-Naxçıvan”ın hücumçusu Ülvi İsgəndərov deyib.

Forvard komandasının milli komandalara görə yaranan fasilədəki hazırlığından və qarşıdakı “Şamaxı” matçından danışıb: “Milli fasildən sonra artıq 2-ci dövrəyə başlayacağıq. “Şamaxı” səfəri əlbəttə ki, ağır səfərdir. İstəyirik ki, qələbə qazanıb ikinci dövrəyə yaxşı start verək”.

İsgəndərov Azərbaycan milli komandasının Millətlər Liqasının 3 və 4-cü turunda Estoniya və Slovakiyaya 1:3 hesablı məğlubiyyətlərindən danışıb: “Mən Estoniya ilə matçda yığmadan qələbə gözləyirdim. Çünki 3 xal qazanmaq üçün ən rahat komanda idi. Amma bəzən görünən şey çətin olur. Bu matçda da elə oldu. Sanki komanda ruhsuz idi. İkinci oyunda isə pis oynamadılar. Amma qırmızı vərəqədən sonra çətinlik çəkdik. İki matçdan 4 xalla ayrılmaq olardı”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp