Ağcabədidə  “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan rayon turniri keçirilib.

Futbolinfo.az xəbər verir ki, məktəbli oğlanlar (9-11-ci sinif) futbol yarışında üz-üzə gəlib.

Ağcabədi Olimpiya İdman Kompleksində keçirilən və 12 məktəb komandasının iştirak etdiyi turnir gərgin və maraqlı idman mübarizəsi şəraitində baş tutub.  Turnirin yekun nəticələrinə əsasən Ağcabədi şəhər 9 nömrəli tam orta məktəbin komandası I yeri, 8 nömrəli tam orta məktəbin komandası II yeri, 4 nömrəli tam orta məktəbin komandası isə III yeri tutub.

Qaliblərə təşkilatçılar tərəfindən diplomlar təqdim olunub.

BƏHRUZ MUSAYEV

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp