Rüstəm Orucov Səudiyyə Ərəbistanında ustad dərsi keçib.

Futbolinfo.az xəbər verir ki, azərbaycanlı mütəxəssis paytaxt Ər-Riyadda təşkilatçılar tərəfindən məşq düşərgəsində keçirilən seminara dəvət olunub.

Ər-Riyad İdman Akademiyasının zalında o, öz məharətini, fəndlərini nümayiş etdirib.

Qeyd edək ki, Orucov Avropa Cüdo İttifaqının idman komissarıdır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp