Enzo Mareska milli çempionatlarda yaranmış fasiləni fürsət sayır. “Çelsi”nin baş məşqçisi yığmaların oyunlarına görə klub yarışlarının dayanmasından məmnundur.

Futbolinfo.az xəbər verir ki, londonluları yenidən zirvəyə yaxınlaşdıran mütəxəssis fasiləni düşünmək üçün əla imkan bilir: “Yığmaların oyunlarına görə yaranan belə pəncərələr sizə düşünmək üçün fürsət yaradır. Klublarda oyun qrafiki gərgin olduğundan, bəzən buna imkan olmur. Amma mütləq düşünməli, bəzi səhvlərdən nəticə çıxarmalısız”.

Mareska nəticələri yaxşılaşdırmağa davam etməli olduqlarını düşünür: “Hər keçən gün oyunumuzu yaxşılaşdırmaq haqda fikirləşirəm. Hazırda buna köklənmişik və mümkün olanı edirik”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp