Tomas Tuhelin İngiltərə yığmasına baş məşqçi təyin edilməsi bu ölkədə bir çox veteranın xoşuna gəlməyib. Yığmanın 3-cü əcnəbi məşqçisi olacaq almanın gətirilməsindən Hari Nevill də məmnun deyil.

Futbolinfo.az xəbər verir ki, “Mançester Yunayted”in sabiq müdafiəçisi daha yaxşı variantların olduğuna əmindir: “Özümüzə zərər veririk. Çox bacarıqlı, bu posta layiq yerli məşqçilərimiz var idi”.

Vaxtilə “Valensiya”nın baş məşqçisi olan, hazırda ekspert kimi çalışan Nevill əlavə edib: “Məşqçilik mövzusunda dalandayıq. İngilis məşqçilərlə bağlı Avropada marka yarada bilməmişik. Xüsusi üslub yaratmalıyıq və onunla tanınmalıyıq. Qitənin hər yerindən məşqçilər gəldi, Premyer Liqada öz üslubunu göstərdi və biz də yalnız onları yamsıladıq. İngilis məşqçilərə şans vermək, onların özünü sübut etməsinə imkan yaratmalıyıq”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp