“Neftçi” ilə oyunda qalib gəlmək çox vacib idi. Çünki artıq ilk dövrə yekunlaşırdı, amma biz qələbə qazanmamışdıq”. Bunu futbolinfo.az saytına açıqlamasında “Kəpəz”in futbolçusu Əli Səmədov deyib.

O, Misli Premyer Liqasının 9-cu turunda “Neftçi”yə 4:3 hesablı qalib gəldikləri matçdan danışıb: “Şükürlər olsun ki, qalib gəldik. İndi komandada ab-hava düzəlib və özümüzü yaxşı hiss edirik. Uduzanda hər şey pis idi, əhvalımız olmurdu. İndi isə fərqlidir. Biz növbəti oyunlarda da yaxşı nəticəyə köklənmişik”.

“Neftçi” ilə oyundakı qələbədən sonra “Qarabağ”la üz-üzə gəlməyin heç də yaxşı olmaması fikri ilə razısan” sualına isə futbolçu belə cavab verib: “Yox, bu cür düşünmürəm. Onsuz da üz-üzə gəlməliyik. Bütün komandalarla qarşılaşacağıq. Hə, rəqibimiz çox güclüdür, amma biz də meydana uduzmaq üçün çıxmırıq. Bu matçda da nəticə qazanmaq istəyirik. Çempionatda zəif rəqib yoxdur. Bütün matçlar ağır keçir. Hər götürdüyümüz xal bizim üçün önəmlidir. Nə qədər bacarırıq, xal qazanmalıyıq”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp