“RM Sotheby’s” auksionu 2006-cı il mövsümündə Mixael Şumaxerin idarə etdiyi Ferrari 248 F1-i hərraca çıxarıb. Bu bolidlə yeddiqat dünya çempionu Maranello komandasının heyətində son mövsümünü keçirib.

Kolleksiyaçılar yeddiqat dünya çempionunun İmola, Nürburqrinq, İndianapolis, Manyikur və Hokenhaym yarışlarında qalib gəldiyi şassini almağa dəvət olunurlar. Avtomobilin dəyərini nəzərə alaraq, hərrac evi hərrac qiymətinin 15 milyon dolları keçəcəyini və Ferrari 248 F1-in tarixdə ən bahalı Formula 1 avtomobilinə çevriləcəyini gözləyir.

Xatırladaq ki, bu ilin əvvəlində Mixael Şumaxerin daha bir Ferrari avtomobili – əfsanəvi sürücünün sükanı arxasında 2002-ci il mövsümünün ilk iki mərhələsini keçirdiyi F2001B hərraca çıxarılmışdı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp