“Barselona” klubu 125 illiyinə həsr olunmuş plakatı təqdim edib.

Posterin müəllifi rəssam Mikel Barselodur. Kətan üzərində “Barselona” forması geyinmiş futbolçu təsvir edilib. Burada hərəkətdə olan insan siluetləri və rəssamın fikrincə, futbolla əlaqələndirilə bilən müxtəlif bitki və heyvanların, o cümlədən dəniz heyvanlarının təsvirlərini görə bilərsiniz.

Qeyd edək ki, “Barselona”nın yubileyləri şərəfinə yaradılan xatirə plakatları rəssamlar tərəfindən 25 ildə bir dəfə peyda olur. Əvvəlki afişalar klubun yaradılmasının 25, 50, 75 və 100 illiyinə həsr olunmuşdu.

Bu afişa “Barselona”nın aylıq video podkastı olan “La Llotja del 125”in ilk epizodunda yer alıb. Onun təqdimatı klubun 125 illik yubileyini qeyd etmək üçün genişmiqyaslı tədbirlərin başlanğıcıdır.

Oktyabrın 24-dən etibarən klub TV3 ilə birlikdə yaranmasının 125-ci ildönümü şərəfinə himn seçmək üçün müsabiqəyə start verəcək. Proses altı seriyalı “El nou Clam” proqramında öz əksini tapacaq. Noyabrın 29-da Liseu Opera Teatrında klubun yubileyi şərəfinə böyük konsert olacaq. Bütün bunlardan başqa 30 noyabrda xüsusi lotereya da nəzərdə tutulub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp