“Portuqaliya ilə oyunda nə bacarırıqsa edəcəyik ki, bizim üçün ürəkaçan nəticə olsun”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında qadınlardan ibarət Azərbaycan millisinin futbolçusu Aysun Seydiyeva deyib.

O, Avropa Çempionatının pley-off mərhələsində Portuqaliyaya qarşı oynayacaqları hər 2 oyunda ən yaxşısını etməyə çalışacaqlarını bildirib: “Komanda olaraq həmişə olduğu kimi, meydançada ən yaxşısını etmək, xal almaq istəyirik. Qarşıdakı 2 oyunda da bunun üçün əlimizdən gələni edəcəyik. Məncə, ilk matçın Bakıda olmağı bizim üçün müsbətdir. Çünki azarkeşlərin dəstəyini gördükdə daha motivasiyalı oluruq. Ümid edirəm ki, isinmə hərəkətləri edərkən artıq stadionda azarkeşlərimizi görərik. Əməliyyatımdan artıq 5 ay ötüb. Formaya düşməyə başlamışam. “Neftçi” ilə Çempionlar Liqasında son 2 oyununda start heyətdə başladım. Düşünürəm ki, artıq millidə də ilk “11-lk”də oynamağa hazıram”.

Qeyd edək ki, oktyabrın 21-də təlim-məşq toplanışına başlayacaq yığma ayın 25-də, saat 16.00-da rəqibi “Liv Bona Dea Arena”da qəbul edəcək. Bundan 4 gün sonra, Bakı vaxtı ilə 23.45-də Vizela şəhərindəki stadionda cavab görüşü keçiriləcək.

GÜNAY SÜLEYMANOVA

Shares: