“İnter Mayami”nin futbolçusu Lionel Messi “Tarixin ən yaxşısı” mükafatını qazanıb.
Futbolinfo.az xəbər verir ki, bu mükafat “Marca” nəşri tərəfindən təqdim olunub.
37 yaşlı argentinalı hücumçu 6 futbolçu arasında birinci seçilib. İkinci Kristiano Ronaldo, üçüncü yerdə isə Pele qərarlaşıb.
“Marca”nın “Tarixin ən yaxşısı” siyahısını təqdim edirik:
- Lionel Messi (Argentina)
- Kristiano Ronaldo (Portuqaliya)
- Pele (Braziliya)
- Alfredo Di Stefano (Argentina)
- Dieqo Maradona (Argentina)
- Yohan Kroyf (Niderland)