Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun dəyəri düşüb.
Futbolinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, TFF I Liqada çıxış edən oyunçuların transfer dəyərini araşdıran bir şirkət Dadaşovda 100 min avroluq eniş müşahidə edib.
Hücumçumuz hazırda 1,7 milyon avroluq qiymətlə Türkiyə I Liqasının ən dəyərli ikinci futbolçusudur. O, yalnız 1,8 milyonluq dəyəri olan komanda yoldaşı Efkan Bekiroğludan geri qalır.
Qeyd edək ki, “Ankaragücü” 8 turdan sonra 10 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşır.