Basketbol üzrə Avroliqa turnirində 4-cü tura start verilib. Günün ən maraqlı oyunu keçən ilin finalçıları arasında olub. Madriddə “Real” son çempion “Panatinaikos”u məğlubiyyətə uğradıb – 90:86.

Görüşdə meydan sahinləri ilk yarıda üstünlük əldə ediblər. Qonaqlar nə qədər çalışsalar da, məğlubiyyətdən xilas ola bilməyiblər. Oyunun ən məhsuldar basketbolçusu 22 xalla yunan komandasının lideri Kendrik Nan olub.

Günün ən məhsuldar qarşılaşması Münhendə oynanılıb. “Bayern” doğma arenada “Paris” komandasından 109:107 hesabı ilə üstün olub. Almaniya təmsilçisində Edvards 32 xal toplayıb.

İsrailin “Makkabi” klubu “Partizan”a məğlub olub. İtaliyada isə “Jalgiris” “Milan”ı məğlubiyyətə uğradıb. Daha bir qarşılaşmada “Fənərbağça” Berlində “Alba”ya qalib gəlib.

Shares: