Almaniyanın Ulm şəhərinin “Ratiopharm” klubu oyun təqvimi ilə əlaqədar 16 gün ərzində 25 min km məsafə qət edəcək. Bu barədə “Basket News” sport.ORF.at-a istinadən xəbər verir.

“Ratiopharm” Almaniya çempionatında iştirak etməklə yanaşı, avrokuboklarda da çıxış edir. 16 gün ərzində komanda İspaniya və İtaliyaya yollanacaq. Bundan əlavə, oktyabrın 17-nə keçən gecə komanda ABŞ-nin Portlend şəhərində “Portland Trail Blazers”lə yoldaşlıq oyunu keçirib (100:111).

Avrokubokda Almaniya klubu hazırda A qrupunda dördüncü pillədə qərarlaşıb. “Ratiopharm”ın üç qələbəsi və bir məğlubiyyəti var.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp