Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda “Six Kings Slam” turnirinin finalçıları bəlli olub. Yarımfinal qarşılaşmalarında Novak Cokoviçlə Yannik Sinner, Rafael Nadalla Karlos Alkaras qarşılaşıb.

İlk olaraq korta çıxan Sinnerlə Cokoviçin oyunu gərgin alınıb. İlk setdə italyan tennisçi rahat qələbə qazanıb- 6:2. İkinci set tay-brekə qədər uzanıb. Orada Novak qalib gəlib. Həlledici setdə Sinner 6:4 qalib gəlməklə bir həftə ərzində ardıcıl ikinci dəfə Cokoviçi məğlubiyyətə uğradıb.

Digər yarımfinal oyunu gözlənildiyi kimi uzun çəkməyib. Təqaüdə getməyə hazırlaşan Rafael Nadal gənc həmyerlisinə müqavimət göstərə bilməyib. 1 saat 18 dəqiqə davam edən qarşılaşma 6:3, 6:3 hesabları ilə Karlitosun xeyrinə başa çatıb.

Beləliklə, finalda dünya reytiqninin liderləri qarşılaşacaq. 3-cü yer uğrunda görüşdə isə Cokoviçlə Nadal bəlkə də sonuncu dəfə üz-üzə gələcəklər. Xatırladaq ki, qalib tennisçi 6 milyon dollar qazanacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp