Üçqat “Böyük Dəbilqə”, ikiqat olimpiya çempionu, dünya reytinqinin keçmiş bir nömrəi, britaniyalı Endi Marrey tennisdən ayrıldıqdan sonra ilk kubokunu qazanıb.

Marrey Britaniya Tennis Jurnalistləri Assosiasiyasının təşkil etdiyi “Mike Dickson Golf Day” turnirinin qalibi olub. Yarış Hertfordşirdəki “Hanbury Manor” Qolf Klubunda baş tutub. Yarışda Marreydən başqa digər britaniyalı məşhurlar da iştirak edib.

Xatırladaq ki, Marray ATP turnirlərində 1001 oyun keçirib və bunların 739-da qələbə qazanıb. Bu oyunlardan 105-i reytinqin ən yaxşı 10 tennisçisinə qarşı olub. Marreyin karyerasında 46 titul var.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp