Növbəti mövsümdən Formula 1 yarışda ən sürətli dövrə vuran sürücülər üçün bonus xalını ləğv edəcək. Bu barədə Beynəlxalq Avtomobil Federasiyasının (FIA) mətbuat xidməti məlumat yayıb.

Bundan əlavə, gələn ildən etibarən komandalardan gənc debütant pilotları iki yox, dörd məcburi məşqə göndərmək tələb olunacaq.

Ən sürətli dövrəyə görə xal 2019-cu ildən verilir. Reqlamentə əsasən bonus xalının yazılması üçün sürücünün ilk onluğa düşməsi vacibdir. 2022-ci il mövsümündən etibarən komandalardan ilk cümə məşq sessiyalarının ən azı iki mərhələsinə təcrübəsiz pilotları cəlb etmələri tələb olunurdu.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp