Azərbaycan Basketbol Liqasında 2024/2025 mövsümü bu gün bir oyunla start götürəcək.

Futbolinfo.az xəbər verir ki, A qrupunda yer alan “Neftçi” və “Naxçıvan” komandaları Bakı İdman Sarayında münasibətləri aydınlaşdıracaqlar.

Görüşün start fiti saat 20:00-da səslənəcək.

1-ci tura oktyabrın 20-də yekun vurulacaq. Azərbaycan Basketbol Liqasında 12 komanda mübarizə aparacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp