“Mançester Yunayted”in baş məşqçi postuna daha bir namizədin adı müəyyənləşib. Hər həftə qovulması aktual olan Erik ten Haqı Vinçentso Montella əvəz edə bilər.
Futbolinfo.az xəbər verir ki, italiyalı mütəxəssisin adı İngiltərə klubunun geniş siyahısına düşüb. Türkiyə millisindəki uğurlu işi 50 yaşlı çalışdırıcının diqqət çəkməsinə səbəb olub.
“Mançester Yunayted” rəhbərliyi niderlandlı çalışdırıcıya komandanı böhrandan çıxarması üçün vaxt verib. Ten Haq qısa müddətdə toparlanmanı təmin etməsə, işini itirəcək.