“Mançester Yunayted”in futbolçusu Kobbi Maynu zədələnib.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

O, Premyer Liqanın “Aston Villa” ilə matçında sıradan çıxıb.

“The Times”ın yaydığı məlumata görə, 19 yaşlı yarımmüdafiəçi ən az 7 matçı buraxacaq. Bunlar Premyer Liqada “Brentford”, “Vest Hem”, “Çelsi” və “Lester Siti” ilə görüşlər, İngiltərə kubokunda “Lester Siti” ilə oyun, Avropa Liqasının Liqa mərhələsində isə “Fənərbaxça” və PAOK-la qarşılaşmalardır.

Maynu bu mövsüm 9 oyuna çıxıb.

Shares: