Avarçəkmə, kayak və kanoe üzrə “Mingəçevir reqatası-2024” beynəlxalq turnirinin bağlanış mərasimi keçirilib.

Futbolinfo.az xəbər verir ki, ilk olaraq yarışın sonuncu günündə medal qazanan idmançılar mükafatlandırılıblar.

Azərbaycan 24 medalla ən çox mükafat əldə edən komanda olub. Yığma üzvlərinə kayak-kanoe və akademik avarçəkmə üzrə xüsusi mükafat verilib.

Azərbaycan təmsilçiləri turniri 24 medalla başa vurublar. Yarışda 12 ölkədən 100-dək avarçəkən iştirak edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp