Bundan sonra F1 TV-də yayımlar zamanı azarkeşlər yeni qrafikləri görə biləcəklər. Bu barədə TV-nin özündən xəbər verilib.
Məlumata görə, pilot xətası səbəbindən vaxt itkisi ekranda nümayiş etdiriləcək. Nümunə kimi onlar Sinqapur Qran Prisi zamanı divara çırpılmağa yaxın olan və bununla da 3,51 saniyə itirən “McLaren” pilotu Lando Norrisin hadisəsini göstəriblər. Yenilikdən sonra pərəstişkarlar zaman itkisini dərhal görmək imkanına malik olacaqlar.
Xatırladaq ki, bu gün ABŞ Qran Prisinə start verilib. Ostin mərhələsi oktyabrın 20-dək davam edəcək.
Hazırda mühəndislər kubokunda “McLaren” komandası 516 xalla liderdir. Sürücülərin mübarizəsində isə Maks Ferstappen hamıdan öndədir.