“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində voleybol üzrə Azərbaycan Kubokunun keçiriləcəyi tarixlər bəlli olub.
Futbolinfo.az Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, qadın və kişi voleybolçular arasında yarış 25 oktyabr – 4 noyabr aralığında baş tutacaq.
Yarışda 6 qadın (“Abşeron”, “Azərreyl”, “Murov Az Terminal”, UNEC, “Milli Aviasiya Akademiyası”, “Gəncə”) və 6 kişi (“Neftçi”, “Azərreyl”, “Murov Az Terminal”, MOİK, “Gənclər”, “Xilasedici”) komandası iştirak edəcək.
Komandalar hərəsində 3 iştirakçı olmaqla iki qrupda və bir dövrədə mübarizə aparacaqlar. Oyunlar dairəvi sistemlə keçiriləcək. Qruplarda ilk iki yeri tutacaq kollektivlər pley-offa vəsiqə qazanacaqlar. Daha sonra yarımfinal və final uğrunda qarşılaşmalar baş tutacaq.
Qrup mərhələsinin oyunları paytaxtla yanaşı, Sumqayıt və Gəncə şəhərləri, həmçinin Xaçmaz rayonunda təşkil olunacaq. Yarımfinal və final qarşılaşmaları isə Bakıda, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində gerçəkləşəcək.
Qadınlar
A qrupu: “Gəncə”, UNEC, “Azərreyl”
B qrupu: “Abşeron”, “Milli Aviasiya Akademiyası”, “Murov Az Terminal”
Kişilər
A qrupu: “Gənclər”, “Azərreyl”, “Neftçi”
B qrupu: “Xilasedici”, MOİK, “Murov Az Terminal”