Karlo Ançelotti qışda yeni transfer istəmir. “Real” rəhbərliyi müdafiə xəttinə, xüsusilə zədələnən Dani Karvahalın mövqeyinə futbolçu arasa da, baş məşqçi tələsməməyi məsləhət görür.

Futbolinfo.az xəbər verir ki, italiyalı mütəxəssis hazırda heyətdə olanlardan məmnundur: “Yanvarda yeni transfer istəməmişəm. Ötən mövsüm vəziyyəti yaxşı idarə etdik. Yeni eynisini edəcəyik. “Real” ən yaxşı oyunçuları alır. Qışda bunu reallaşdırmaq asan deyil”.

Ançelotti Kilian Mbappe barədə də danışıb: “Özünü çox yaxşı hiss edir. 15 günlük istirahətə ehtyacı var idi və bu şansı qaçırmadı. Fasilədən maksimum istfadə edib, oyunlarda özünüz də şahid olacaqsınız”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp