Xosep Qvardiola gələcəyi ilə bağlı qərar verməyib. “Mançester Siti”nin baş məşqçisi bu barədə özü danışıb.

Futbolinfo.az xəbər verir ki, ispan çalışdırıcı bu gün keçirdiyi mətbuat konfransında mövsümün sonunda bitəcək anlaşmanı yeniləməməsinə aydınıq gətirib: “Hələ hansı addımı atacağıma qərar verməmişəm. Addımımı dəqiqləşdirəndə hamının xəbəri olacaq. Ona görə də indi müqavilə məsələlərini danışmaq yox, qarşıdakı oyunları düşünmək lazımdır”.

Qvardiola onu Mançesterə gətirən idman direktoru Çiki Beqiristaynın mövsümün sonunda klubu tərk etməsi barədə də danışıb: “Klub kifayət qədər güclüdür, işlək mexanizmə malkdir. Kiminsə getməsi heç nəyi dəyişməyəcək. Tərəflərin qərarına hörmət etmək lazımdır”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp