Azərbaycan 2-ci Liqasında daha bir biabırçı durum yaşanıb.

Futbolinfo.az xəbər verir ki, “Füzuli” komandası 7-ci tur çərçivəsində hazırda qarşılaşdığı “Göygöl”lə matça bir nəfər azlıqda çıxmalı olub.

Qarabağ klubu bu səfərə aparmağa futbolçu tapa bilmədiyindən meydana 10 nəfərlə çıxmalı olub. (İdmanxeber.az)

Xatırladaq ki, qarşılaşma saat 15:00-da start götürüb.

Shares: