Bu gün Azərbaycan Premyer Liqasında 10-cu tura start verilib.

Futbolinfo.az xəbər verir ki, ilk gündə bir oyun baş tutub.

Turun ilk oyunu Tovuzda keçirilib. “Kəpəz” burada lider “Qarabağ”la qarşılaşıb. Ağdam klubu səfərdə darmadağına sevinib.

“Kəpəz” – “Qarabağ” və “Şamaxı” – “Araz-Naxçıvan” oyunları sabah, “Zirə” – “Sabah” və “Sumqayıt” – “Turan Tovuz” oyunları isə bazar günü keçiriləcək.

Misli Premyer Liqası
10-cu tur

18 oktyabr

“Kəpəz” – “Qarabağ” 0:5
Qollar: Emmanuel Addai, 17. Aleksey İsayev, 51. Leandro Andrade, 52. Toral Bayramov, 67. Aleksey Kaşuk, 78.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Asiman Əzizli, Əkbər Əhmədov.
Tovuz şəhər stadionu.

Kəpəz: 1. Rojerio Santos, 2. İlkin Qırtımov (k), 11. Orxan Əliyev, 12. Turan Manafov, 70. Nicat Süleymanov, 5. Rauf Hüseynli, 26. Valdemar Almeyda, 9. Luis Paçu, 29. Dioqo Verdaska, 3. Mahamadu Ba, 77. Viktor Braqa.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 80. Tural Rzayev, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 6. Nemət Musayev, 21. Camal Cəfərov, 17. Ümid Səmədov, 10. Karim Lkuça, 19. Lassana Ndiaye.
Baş məşqçi: Azər Bağırov.
Qarabağ: 99. Mateus Koxalski, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 18. Olavio Juninyo, 6. Julio Romao, 15. Leandro Andrade, 11. Emmanuel Addai.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 12. Sadiq Məmmədzadə, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə, 66. Patrik Andrade, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 19. Redon Cica, 21. Aleksey Kaşuk.
Baş məşqçi: Qurban Qurbanov.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp