“U-21 millimizin baş məşqçi postu ilə bağlı mənə heç bir təklif edilməyib”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında Arif Əsədov deyib.
54 yaşlı mütəxəssis təklif olarsa, bu haqda düşünə biləcəyini söyləyib: “U-21 millimizin baş məşqçi postu ilə bağlı mənə heç bir təklif edilməyib. Bu xəbər hardan qaynaqlanıb onu da bilmirəm. Real bir şey olmadığı üçün danışmaq çətindi. Lakin təklif olarsa, bu haqda nəsə düşünmək olar”.
Qeyd edək ki, Əsədov daha öncə “Neftçi”, “Sabah” klublarını çalışdırıb, Azərbaycanın əsas millisində köməkçi-məşqçi və baş məşqçi vəzifəsinin icraçısı olub. Tsikli uğursuz bitirən U-21-də isə hazırda Samir Əliyev çalışır, lakin onun müqaviləsi ilin sonunda başa çatacaq.
GÜNAY SÜLEYMANOVA