“Red Bull”un sürücüsü Maks Ferstappen Formula 1 ABŞ Qran-prisində sprint yarışında sıralama turunun qalibi olub.

Yarış həftəsonu Texas ştatının Ostin şəhərində keçirilir.

Sıralama turunda “Mercedes”in pilotu Corc Rassel ikinci, “Ferrari”dən Şarl Lekler üçüncü nəticəni göstərib. Ferstappen son saniyələrdə 1:32,833 göstərici ilə vaxt cədvəlində birinci olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp