Azərbaycan Basketbol Liqasında cari mövsümün ilk turunda bu gün daha iki qarşılaşma baş tutacaq. Hər iki oyun A qrupunda reallaşacaq.

Futbolinfo.az xəbər verir ki, əvvəlcə NTD və “Abşeron” komandaları üz-üzə gələcək. Onlar Bakı İdman Sarayında görüşəcək. Matç saat 12:30-da başlayacaq.

Digər qarşılaşma isə “Lənkəran” və “Gəncə” arasında olacaq. Lənkəran Olimpiya İdman Kompleksində keçiriləcək oyunun start fiti saat 14:00-da səsləndiriləcək.

Qeyd edək ki, I tura oktyabrın 20-də yekun vurulacaq. Azərbaycan Basketbol Liqasında 12 komanda mübarizə aparır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp