Basketbol üzrə Avroliqa turnirində 4-cü tura yekun vurulub. İstanbulda “Anadolu Efes” “Olimpiakos”u məğlubiyyətə uğradıb – 91:89.
Qələbədə əsas pay sahibi komandanın lideri Şey Larkin olub. O, 24 xal toplayıb. Türkiyə millisinin üzvü 4 dəfə 3 xallıq atışı ilə yadda qalıb.
“Monako” klubu doğma arenada “Virtus”dan üstün olub – 101:85. Keçən oyun zəif təsir bağışlayan Ceyms bu dəfə 19 xal toplayıb.
Ən maraqlı qarşılaşmalardan biri Belqradda baş tutub. “Srvena Zvezda” – “Barselona” oyununun qalibi overtaymda müəyyənləşib – 94:98. Qalib komandada Panter 26 xal toplayıb.
ASVEL “Baskoniya”nı üstələməklə növbəti qələbəsini (76:69) qazanıb.
4 turdan sonra “Srvena Zvezda”, “Barselona”, “Fənərbağça”, “Monako” və “Jalgiris” komandaları 3 qələbə ilə liderdir.