Daniel Rikkardonu əvəzlədikdən sonra ilk yarışını keçirən 22 yaşlı RB pilotu Liam Louson, Ostində keçirilən ABŞ qran-prisinin əsas yarışı üçün 60 yerlik cəza alıb.
RB komandası Lousonun avtomobilinə beşinci daxili yanma mühərrikini, beşinci turbomühərriki, beşinci istilik mühərrik generatorunu (MGU-H), beşinci kinetik mühərrik generatorunu, üçüncü enerji saxlama qurğusunu və üçüncü elektron idarəetmə blokunu quraşdırıb.
Xatırladaq ki, “Red Bull motorsport”un məsləhətçisi Helmut Marko Yeni Zelandiyadan olan pilotun avtomobilində dəyişiklik ediləcəyi və cərimələnəcəyini sürücü müqaviləyə imza atdıqdan dərhal sonra bildirmişdi.