Azərbaycan Basketbol Liqasının ilk turunda bu gün daha iki qarşılaşma baş tutub.

Futbolinfo.az xəbər verir ki, NTD və “Abşeron” komandaları üz-üzə gəlib.

A qrupunda yer alan kollektivlərin Bakı İdman Sarayında keçirilən görüşündə “Abşeron” qələbə qazanıb – 75:69.

“Gəncə” isə bu gün “Lənkəran”ı məğlub edib. B qrupunda yer alan bölgə təmsilçilərinin Lənkəran Olimpiya İdman Kompleksində baş tutan görüşü “Gəncə” komandasının qələbəsi ilə yekunlaşıb – 90:75.

İlk tura oktyabrın 20-də yekun vurulacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp